Features & Capabilities

“ASAN ödəniş” informasiya sistemi mobil tətbiqin istifadəçilərə daha funksional, təhlükəsiz və rahat ödəniş təcrübəsi təqdim edir.

Aydın interfeys, sadələşdirilmiş xidmət strukturu və daha rahat istifadəçi təcrübəsi sayəsində ödənişlərinizi, inzibati cərimələrinizi, şablonlarınızı, ödəniş tarixçənizi, bildirişlərinizi, çıxarışlarınızı və müraciətlərinizi bir tətbiq üzərindən idarə edə bilərsiniz.

“ASAN ödəniş” informasiya sistemi 200-dən çox qurumun 500-dən artıq ödəniş xidməti üzrə 24/7 rejimində fasiləsiz xidmət imkanı yaradır. Mobil tətbiq vasitəsilə ödənişlərinizi istənilən vaxt, istənilən yerdən sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.

“ASAN ödəniş” informasiya sistemi mobil tətbiqində:

•⁠ ⁠mygov İD ilə təhlükəsiz giriş mygov İD vasitəsilə şəxsiyyətinizi təsdiqləyərək tətbiqə daha təhlükəsiz və rahat şəkildə daxil olun.

•⁠ ⁠Qeydiyyatsız ödəniş imkanı Şəxsi kabinet yaratmadan və ya giriş etmədən bir sıra xidmətlər üzrə ödənişləri sürətli şəkildə həyata keçirin. (Əgər ödənişlərinizin tarixçə bölməsində saxlanılmasını istədiyiniz halda qeydiyyatlı ödənişlərdən istifadə edin)

•⁠ ⁠Geniş ödəniş xidmətləri İnzibati cərimə, rüsum, gömrük, kommunal, rabitə, təhsil, kredit, lizinq və digər istiqamətlər üzrə ödənişlərinizi rahat şəkildə edin.

•⁠ ⁠Cərimə balı və texniki baxış məlumatları Cərimə balınızı və texniki baxış talonu ilə bağlı məlumatları tətbiq üzərindən izləyin.

•⁠ ⁠İnzibati cərimələr üzrə ətraflı məlumat Mövcud inzibati cərimələriniz, protokol məlumatları, məbləğ, tarix və aidiyyəti qurum üzrə məlumatlarla tanış olun. Cərimə ilə bağlı mövcud foto və video materiallara tətbiq üzərindən izləyin.

•⁠ ⁠Şablonların yaradılması və idarə edilməsi Mütəmadi etdiyiniz ödənişləri şablon olaraq yadda saxlayın və növbəti ödənişlərinizi daha sürətli tamamlayın.

•⁠ ⁠Ödəniş tarixçəsi Həyata keçirdiyiniz ödənişləri tarixçə bölməsində gün, həftə, ay və ya bütün dövrlər üzrə izləyin. Uğurlu və uğursuz əməliyyatlar barədə məlumat əldə edin.

•⁠ ⁠Çıxarışların yaradılması Kabinetinizdə mövcud olan inzibati xəta protokollarınızın seriya və nömrəsini, xətanın törədilmə tarixini, qərarın verilmə tarixini, kabinetə yerləşdirilmə tarixini, cərimə məbləğini, ödəniş vəziyyətini və nəqliyyat vasitənizin nömrisini rahatlıqla sənəd şəklində əldə edin.

•⁠ ⁠İnzibati cərimələrdən şikayət etmə imkanı İnzibati cərimələrlə bağlı şikayət müraciətlərinizi tətbiq üzərindən yaradıb göndərin və şikayətlərinizin statusunu izləyin.

•⁠ ⁠Bildirişlər Şablonlar, borclar, cərimələr və digər ödənişlərlə bağlı vacib məlumatları bildirişlər bölməsində əldə edin.

•⁠ ⁠Əlaqə və müraciət imkanı Tətbiq üzərindən təkliflərinizi, şikayətlərinizi və ərizələrinizi göndərin, müraciət mövzusu və mesajınızı rahat şəkildə daxil edin.

•⁠ ⁠Tez-tez verilən suallar Xidmətlərdən istifadə, SMS məlumatlandırma, cərimələr, ödənişlər və digər mövzular üzrə suallarınıza tətbiq daxilində cavab əldə edin.

•⁠ ⁠PIN kod və biometrik giriş PIN kod və biometrik giriş imkanları ilə kabinetinizə girişi daha təhlükəsiz edin.

Yenilənmiş “ASAN ödəniş” informasiya sistemi mobil tətbiqi gündəlik ödənişlərinizi daha rahat, sürətli və əlçatan edir.

“ASAN ödəniş” informasiya sistemi – Ödəniş etməyin ən asan yolu!

User Growth & Download Statistics

App
By:
Innovations Center LLC
Rating:
2.80
(4)
0.50
Version:
2.0.1 Last updated: 2026-07-01
Version code:
887643758
Creation date:
2019-05-25
Compatible devices:
Size:
55.22MB
URLs:
Privacy policy
Full description:
See detailed description
Source:
Apple Apps Store
Data ingested on:
2026-07-03
Compare stats and ranking:

Contact the developer

Chrome-Stats does not own this Apple app. Please use these information below to contact the Apple app developer.
Developed by:
Innovations Center LLC
Apple Apps Store
https://apps.apple.com/us/app/asan-%C3%B6d%C9%99ni%C5%9F-sistemi/id1464871530

User Reviews

Please fix OK button in menu. I could not press it. pop window appears but can not be closed bu pressing OK Button.
by Юз*****, 2020-03-11
View all user reviews ›

Best "ASAN ödəniş" sistemi Alternatives

Here are some Apple apps that are similar to "ASAN ödəniş" sistemi: